Fiziki şəxslərin gəlir vergisi müəyyən şəxsin ümumi gəlirindən götürülür. Azərbaycanda gəlir vergisi ikisəviyyəlidir: aylıq 2500 manatadək gəlirdən 14%, daha yuxarı məbləğdən isə 25% vergi tutulur.
Əhalinin əksər hissəsi 14%-lik vergi ödəyir. Ümumiyyətlə, Azərbaycan gəlir vergisi aşağı olan ölkələrə aid edilir.
Ən yüksək gəlir vergisi Portuqaliya, Fransa və İsraildə qeydə alınıb. Burada bu rəqəm 50%-dən çoxdur. Ən az ödəmə isə postsovet ölkələrindədir — Qazaxıstan, Tacikistan, Ukrayna və Moldovada. Burada bu rəqəm 20%-i keçmir.
Fiziki şəxslərdən tutulan gəlir vergisi barədə daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından öyrənə bilərsiniz.