"Biz sizin dostunuzuq" – ABŞ-ın Ankaradakı səfirliyi

© AFP 2024 / ADEM ALTANABŞ-ın Ankaradakı səfirlyinin binası
ABŞ-ın Ankaradakı səfirlyinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bu məsələ ilə bağlı bəyanat verərək rahib Bransonun Türkiyədə istintaqa cəlb edilməsinin yolverilməz olduğunu bildirib

BAKI, 7 avqust — Sputnik. İki ölkə arasında gərginliyin olmasına baxmayaraq Birləşmiş Ştatlar Türkiyəni etibarlı tərəfdaşı olaraq qalmaqdadır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ankaradakı səfirliyinin yaydığı bəyanatda bildirilir.

"Mövcud gərginliyə baxmayaraq ABŞ Türkiyənin etibarlı dostu və tərəfdaşı olaraq qalır. Bizim ölkələrimiz iqtisadi münasibətləri saxlayır", — deyə ABŞ səfirliyinin "Twitter" səhifəsində bildirilir.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Türkiyədə ev dustaqlığında olan ABŞ vətəndaşı rahib Endryu Bransonla bağlı Türkiyə daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Abdülhamit Gülə qarşı sanksiya tətbiq etməyə qərar verib. Sanksiyalarla sözügedən nazirlərin ABŞ-a girişi qadağan ediləcək.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bu məsələ ilə bağlı bəyanat verərək rahib Bransonun Türkiyədə istintaqa cəlb edilməsinin yolverilməz olduğunu bildirib.

Türkiyə tərəfinin bu bəyanatlara cavabı özünü çox gözlətməyib. Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın sanksiyalar barədə aqressiv bəyanatlarına qarşı hər cür tədbirləri görməyə hazır olduqlarını bildirib. "Şübhəsiz ki, bu qərar hüquq və ədalət prinsiplərinə, ABŞ-Türkiyə münasibətlərinə ziddir" — deyə Türkiyə tərəfi bəyan edib.

Öz növbəsində prezident Ərdoğan ABŞ-ın daxili işlər və ədliyyə nazirlərinə qarşı analoji addım atılacağını vurğulayıb.

Onu da bildirək ki, ABŞ Senatında "F-35" beşinci nəsil qırıcı təyyarələrin Türkiyəyə tədarükünün qadağan edilməsi təsdiq olunub. Bu qərar ABŞ Senatının Baş Assambleyasında təsdiqlənib. Bundan sonra sənəd təsdiqlənməsi üçün ABŞ prezidenti Donald Trampa göndəriləcək. Prezident sənədi imzalayarsa, Türkiyəyə qarşı "F-35" sanksiyası da qüvvəyə minəcək. Məlumata görə, Trampın "F-35" məsələsində Türkiyəyə güzəştə gedəcəyi ehtimalı çox azdır.

Xəbər lenti
0