BAKI, 7 avqust — Sputnik. "Əl-Qaidə" terror qruplaşmasının lideri Usama ben Ladenin oğlu Həmzə Nyu-Yorkda 11 sentyabr terror aktını törədən yaraqlıların lideri Məhəmməd Attanın qızı ilə evlənib. Bu barədə Sputnik Azərbaycan Böyük Britaniyanın "The Guardian" nəşrinə istinadən məlumat verir.
Nikahın bağlanmasını Usama ben Ladeninin ögey qardaşları Əhməd və Həsən əl-Əttas da təsdiqləyib. Onun sözlərinə görə, Həmzə "Əl-Qaidə" terror təşkilatında rəhbər vəzifələrdən birini tutur və ABŞ-ın Pakistanda keçirdiyi əməliyyat nəticəsində öldürülən qisasını almaq istəyir.
Qeyd edək ki, Həmzə ben Laden hazırda "Əl-Qaidə" lideri Ayman əl-Zəvahirinin müavini hesab olunur.