BAKI, 7 avqust — Sputnik. Antalyanın Almalı qəsəbəsində yağışdan sonra gələn sel bəzi ev və kənd təsərrüfatı ərazilərinə zərər verib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, seldən sonra bir sıra yollar bağlanıb.
Antalya Almalı Bələdiyyəsinin məlumatına görə, 12 ev sel altında qalıb və 450 sot istixana ərazisinə zərər dəyib. Hazırda selin gətirdiyi söküntü qalıqları yollardan təmizlənir.
Antalya Türkiyənin turizm cənnəti hesab olunur. Hər il buranı milyonlarla insan ziyarət edir. Turizm mövsümünün qaynar çağında baş verən bu təbii fəlakət həm iç adamları, həm də turistlər arasında narahatlıq doğurub.