CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı sakini sumqayıtlı tanışını aldadaraq 120 min manatını ələ keçirib

© Sputnik / Murad OrujovНаручники и пачки денег на столе, фото из архива
Наручники и пачки денег на столе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Quliyev ticarət sahəsində birgə biznesin perspektivlərini elə gözəl təsvir edib ki, Əhmədli ona inanıb

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Bakıda Sumqayıt sakininə qarşı böyük dələduzluq əməli törədilib. Bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

1973-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Vüqar Əhmədli polisə şikayət ərizəsi ünvanlayıb. Onun yazdığına görə, hələ 2015-ci ildə tanışı, 1976-cı il təvəllüdlü Bakı sakini Quliyev Nadir Nuru oğlu onda külli miqdarda pulun olduğunu bilib və ona birgə biznes qurmağı təklif edib. Quliyev ticarət sahəsində birgə biznesin perspektivlərini elə gözəl təsvir edib ki, Əhmədli ona inanıb. Nəticədə Əhmədli Quliyevə biznes üçün 63 min manat və 35 min 500 ABŞ dolları məbləğində pul verib. Aradan üç il keçsə də, onlar indiyədək birgə bizneslərini qura bilməyiblər. Bundan əlavə Quliyev Sumqayıt sakininin pullarını da mənimsəyib və qaytarmaqdan imtina edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir. Hələlik heç kəs saxlanılmayıb.

"Bu o faktlardandır ki, əlində pulun var, amma onunla nə etmək lazım gəldiyini bilmirsən. Belə hallarla bağlı dələduzluq bu gün kifayət qədər geniş yayılıb. Dələduzluq hazırda cinayətin ən geniş yayılmış növlərindən biridir" — deyə Binəqədi RPİ-dən bildiriblər.

Xəbər lenti
0