Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ailənin yeganə oğlu süni göldə boğuldu

© Sputnik / Rahim MuradovLənkəran rayonu Qurunba kəndi ərazisindəki göl
Lənkəran rayonu Qurunba kəndi ərazisindəki göl - Sputnik Azərbaycan
Abunə olmaq
“Meyit sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib”

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 6 avqust – Sputnik. Lənkəranda boğulma hadisəsi baş verib. 

Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi  xəbərə əsasən, 1999-cu il təvəllüdlü  Lənkəran rayonu Haftoni qəsəbə sakini Şaiq Əlizadə rayonunun  Qurunba kəndi ərazisində dağlıq ərazidə qrunt və yağış sularından yaranmış süni göldə çimərkən boğulub. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu gələrək  axtarışlara başlayıb. Mərhum Ş.Əlizadənin meyiti təxminən bir saat sonra Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılıb. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. 

Qeyd edək ki, Şaiq Əlizadə ailənin yeganə oğlan övlad uşağı olub. Faktla bağlı araşdırmalar davam edir.

Xəbər lenti
0