BAKI, 6 avqust — Sputnik. Xəzər dənizi Xəzəryanı ölkələri birləşdirən, onların imkanlarını genişləndirilən körpü olaraq qalmalı, hər bir ölkənin milli iqtisadiyyatının inkişafı üçün optimal şərtləri təmin etməlidir. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xəzəryanı ölkələrinin Qazaxıstanda bu ay baş tutacaq liderlərinin görüşü barədə danışarkən bildirib.
Baş tutacaq sammiti qiymətləndirən XİN rəhbəri vurğulayıb ki, uzun illər ərzində görülən işlər öz nəticəsini verdi və bu Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın razılaşdırılması ilə nəticələndi. Onun sözlərinə görə, bu Qazaxıstanda baş tutacaq V Xəzəryanı ölkələrin liderlərinin sammiti zamanı bu sazişim imzalanması üçün şərtləri formalaşdırır.
Rəsmi Bakının Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın mətni üzrə hər hansı xüsusi qeydin olub-olmaması barədə sualı cavablandıran nazir qeyd edib ki, bu cür qeydlər bütün ölkələrdə olub. Bu hüquqların tənzimlənməsi üzrə bu cür sənədlərin hazırlanmasında adi beynəlxalq praktikadır.
Nazir qeyd edib ki, 1996-cı ildə Xəzər dənizinin hüquqi statusunun haqqında Konvensiyanın hazırlanması üzrə xarici işlər nazirlərini müavinləri səviyyəsində işçi qrup yaradılıb və bu format çərçivəsində 51 görüş keçirilib: "Təbii ki, bu müddət ərzində artıq ənənəyə çevrilən Xəzər dənizi problemi üzrə məsləhətləşmələr də daxil olmaq iştırakçılar arasında görüşlər keçirilib".
Məmmədyarov, həmçinin Konvensiyada Xəzər dənizində üçüncü ölkələrinin hərbi mövcudluğunun olmaması barədə müddəanın problemli ola bilməsi barədə sualı belə cavablandırıb.
Onun sözlərinə görə, bu cür sənədi imzalayan tərəflər orda göstərilən müddəaları təsdiqləyir və nəticədə formalaşan öhdəlikləri öz üzərinə götürür.
Nazirin sözlərinə görə, ümumilikdə sənəd Xəzər dənizini sülh, mehribanlıq, dostluq və əməkdaşlıq dənizi elan edir. Xəzər dənizi Xəzəryanı ölkələri birləşdirən, onların imkanlarını genişləndirilən körpü olaraq qalmalı, hər bir ölkənin milli iqtisadiyyatının inkişafı üçün optimal şərtləri təmin etməlidir.
O, həmçinin Xəzəryanı ölkələrin artıq uzun müddətdir ki, öz hüquqlarından istifadə etdiyini və beynəlxalq əməkdaşlıq çərçivəsində onlara məxsus resursların istismarı üzrə fəaliyyət göstərən effektiv infrastruktur yaratdığını vurğulayıb: "Buna müvafiq investisiya mühiti formalaşıb".
Sammit çərçivəsində Azərbaycan prezidentinin Rusiya prezidenti də daxil olmaqla Xəzəryanı ölkələrinin liderləri ilə ikitərəfli görüşləri gözləmək olarmı sualına cavab olaraq Məmmədyarov qeyd edib ki, Xəzəryanı ölkələrin sammitinə dair təcrübə göstərir ki, bu sammit, həmçinin ölkə başçılarının ikitərəfli görüşü üçün də meydan rolunu oynayır.
Lakin eyni zamanda tamamilə aydındır ki, bu beştərəfli formatda görüşlərdə xüsusilə diqqət Xəzər probleminə — Xəzər dənizində əməkdaşlığın təşkilinə, təhlükəsizlik məsələlərinə, nəqliyyata, iqtisadi əməkdaşlığa və bioresursların müdafiəsinə yönələcək.