BAKI, 6 avqust — Sputnik. Daşkənddə Özbəkistan DİN Post-Patrul Xidməti və İctimai Asayişin Mühafizəsi Baş İdarəsinin rəisi Dilşad Əkrəmov qətlə yetirilib.
Sputnik Özbəkistan-ın məlumatına görə, naməlum şəxs Əkrəmovun iş otağına daxil olaraq onu bıçaqla vurub. Qatil hadisə yerindən qaça bilib.
Polkovnik Əkrəmov bu vəzifəyə bir ay əvvəl təyin olunubmuş. Daha öncə o paytaxt Daşkənd şəhərinin Baş Polis İdarəsinin Hüquq pozuntularının profilaktikası idarəsinə rəhbərlik edib.