ABŞ İranın sərhədlərinə qoşun yığır

Abunə olmaq
Fərəh şəhəri ABŞ-ın İrana mümkün hücumunda hərbi baza kimi istifadə edilə biləcək bölgələrdən biri sayılır

BAKI, 6 avqust — Sputnik. ABŞ öz xüsusi təyinatlılarını Əfqanıstanın İranla sərhəddə yerləşən Fərəh bölgəsində yerləşdirib. Sputnik Azərbaycan "Tasnim"ə istinadla xəbər verir ki, bunu Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Məhəmməd Radmeneş bildirib.

Белый дом, фото из архива - Sputnik Azərbaycan
ABŞ İrana qarşı sərt addım atdı

Nazirliyin rəsmisi ABŞ qüvvələrinin Əfqanıstanın hüquq-mühafizə orqanlarına terrorizmilə mübarizədə yardımçı olacağını deyib. Onun sözlərinə görə, ABŞ xüsusi təyinatlıları hər hansı bir təlimə qatılmayacaqlar.

Əfqanıstanın dördüncü böyük şəhəri olan Fərəh İranla sərhəddə yerləşir və 925 min nəfər əhalisi var. İranla sərhəd şəhəri olması səbəbindən strateji əhəmiyyətə malikdir. Xüsusilə ABŞ-ın İrana mümkün hücumunda bura hərbi baza kimi istifadə edilə biləcək bölgələrdən biri sayılır.

Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai ABŞ-ın bu ölkədəki hərbi varlığının Çin, Rusiya və İran ilə mübarizə məqsədli olduğunu söyləmişdi.

Xəbər lenti
0