Qazax rayonu özünəməxsus yeməklərilə tanınan bölgələrimizdəndir. Rayonun xüsusilərindən sayılan yeməklərdən biridə pomidorda bişən çəpiş pörtləməsidi.
Qazaxüsulu çəpiş pörtləməsinin özəlliyi bu yeməyə çox cüzi miqdarda su tökülməsidir. Ətin tam bişirilməsini isə yeməyə qatılan lətli tərəvəzlər, xüsusilə pomidor təmin edir. Quzu pörtləməsi Qazaxda ilin bütün fəsillərində yeyilsədə çəpiş pörtləməsi əsasən yayda- sakinlərin həyət bacalarında pomidor, bibər kimi tərəvəzlərin yetişən vaxtlarında bişirilir. Təbii məhsullar yeməyə əvəzedilməz dad qatır.
Qazax rayonu Çaylı kənd sakini Məhərrəm Göyüşoğlunun hazırladığı pomidorlu çəpiş pörtləməsinin Sputnik Azərbayan videosunda izləyə bilərsiz.