CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhurların profillərini oğurlayanlara 1300 il həbs istənilir

© AFP 2023 / Mladen ANTONOVFacebook
Facebook - Sputnik Azərbaycan
Abunə olmaq
Qruplaşmanın 9 üzvünün adı yaşları 18-dən aşağı olduğu üçün cinayət işindən çıxarılıb

BAKI, 4 avqust — Sputnik. Berk Oktay, Sezen Aksu, Tamer Karadağlı, Erdal Özyağçılar, Pınar Altuğ kimi bir çox türk məşhurun sosial şəbəkə hesablarını oğurlayan və özlərini "Ducky Liyne" qrupu adlandıran 18 nəfər haqqında iddanamənin təfərrüatları ortaya çıxıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Baş Prokurorluğunda hazırlanan iddianaməyə görə, 57 nəfərin sosial şəbəkə hesablarını ələ keçirib, şantaj etməkdə ittiham edilən 12 nəfəri həbsdə olan qrup üzvlərinin fərqli cinayətlərdən ümumilikdə 1321 ilədək azadlıqdan məhrum edilmələri tələb edilib.

Qruplaşmanın 9 üzvünün adə yaşları 18-dən aşağı olduğu üçün cinayət işindən çıxarılıb. İstintaq çərçivəsində həbs edilən 32 yaşlı Gökyar Şenin ifadəsinə görə, Tamer Karadağlının hesabını 18 yaşından kiçik olan M.E. oğurlayıb.

Berk Oktayın hesabını "Carder Layn" ləqəbli şəxs ələ keçirib. O məlumatları 18 yaşından kiçik S.B-yə verib. S.B. isə hesabı şifrəni 18 yaşı tamam olmamış T.T-yə verib. T.T isə profili 500 Tl-yə (168 manat) satıb və 500 Tl-yə özünə tatu etdirib.

Pınar Altuğun hesabı isə 4000 Tl-yə (1346 manata) satılıb.

Xəbər lenti
0