Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xəzər dənizi bir ailənin faciəsinə şahid oldu

CC0 / 3163387 / SeaXəzər dənizi
Xəzər dənizi - Sputnik Azərbaycan
Abunə olmaq
Onların batdığı əraziyə ən yaxın xilasetmə məntəqəsi 800 metr aralıda olub

BAKI, 4 avqust — Sputnik. Bakı şəhərinin Xəzər rayonunda dənizin nəzarətsiz ərazisində 2 nəfər batıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Bildirilir ki, 1997-ci il təvəllüdlü Mahmudova Gülnar Əvəz qızı və Əliyev Əliağa Əvəz oğlunun (təvəllüdü dəqiqləşdirilir) cəsədləri hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Onların batdığı əraziyə ən yaxın xilasetmə məntəqəsi 800 metr aralıda olub.

Xəbər lenti
0