Tünzalə Bayramlı: “Parapsixologiyanın dövlət üçün faydalı imkanları böyükdür”
“Parapsixologiya elmi cəhalətdən və insanların şəxsi mənafe üçün istifadəsindən irəli gedə bilməyib”. Bunu Sputnik Azərbaycan-a Azərbaycanda parapsixologiyanın vəziyyətini şərh edərkən parapsixoloq-ekstrasens Tünzalə Bayramlı deyib.
Parapsixoloq-ekstrasensin sözlərinə görə, parapsixologiya elmin bir qolu kimi inkişafını davam etdirir: “Dünya durduqca bu elm inkişaf edəcək. Ancaq bu sahədə hələ də böyük problemlərimiz var. Bu sahənin dövlət və insanlar üçün faydalı imkanları böyükdür. Bu tək Azərbaycana yox, dünyaya aiddir”.
Parapsixoloq-ekstarasensin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz