SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Dini çevriliş: Trampın yerinə o prezident gətiriləcək

© REUTERS / Mary F. CalvertDonald Tramp və Mayk Pens
Donald Tramp və Mayk Pens - Sputnik Azərbaycan
Abunə olmaq
Pensə görə Trampın prezident olması "tanrının istəyidir" və onu Oval kabinetinə aparacaq "tanrının böyük planı"nın bir hissəsidir

BAKI, 3 avqust — Sputnik. Radikal Yevangelist təriqəti Trampı devirərək vitse-prezident Mayk Pensi hakimiyyətə gətirmək üçün hazırlıqlara başlayıb. Sputnik Azərbaycan "Haber 7"-ə istinadən xəbər verir ki, ssenari gerçəkləşəcəyi təqdirdə Pens 10 il müddətində ABŞ-ın prezidenti olacaq.

Məlumata əsasən, Tramp Oval kabinetə köçdükdən sonra təriqətin liderləri onu dəfələrlə ziyarət edib və bu ziyarətlər əsnasında Ağ Evdə dua seansları da təşkil olunub.

Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanımasında və beynəlxalq birliyin tənqidlərinə baxmayaraq ABŞ səfirliyini bu şəhərə köçürməsində də təriqətin böyük rolu olduğu bildirilir. Bu təriqətin üzvləri yalnız Trampın siyasətinə istiqamət verməklə kifayətlənməyəcəyi bildirilir.

Maykl D"Antonio və Piter Aysnerin birgə müəllifi olduqları "Kölgə prezident: Mayk Pens haqqında həqiqət" adlı kitabında qeyd edirlər ki, təriqət üzvlər Pensi prezidentliyə hazırlayır. 

Çavuşoğlu və Pompeo - Sputnik Azərbaycan
ABŞ-dan Türkiyəyə xəbərdarlıq: Sanksiyalar ciddi olduğumuzu göstərir

Kitabda qeyd olunur ki, əgər Tramp prezidentlik müddətinin ikinci yarısında istefaya göndərilərsə onda vitse-prezident qanuna uyğun olaraq prezident postuna gətiriləcək. Bu zaman isə Pens həm də 2020 və 2024-cü illərdə prezident seçkilərinə potensial namizəd olaraq qatıla biləcək. Bu ssenari üçün kritik tarix 2019-cu ilin yanvar ayı nəzərdə tutulub.

Əgər ssenari reallaşsa, dünyanın qiyamətə sürükləyən təriqətin üzvləri Ağ Evi ələ keçirəcək. ABŞ-da daha öncə Franklin Ruzvelitin prezident səlahiyyətlərini icrası ölməsi zamanı vitse-prezident Harri Trumen 1945-ci ilin aprelində prezident olub və tam 8 il 1953-cü ilin yanvarına qədər bu vəzifədə qalıb. Trumanın yürütdüyü siyasət Soyuq müharibənin başlanması ilə nəticələnib.

Kitabda qeyd olunur ki, Pens ABŞ prezidenti olacağı təqdirdə beynəlxalq sistemi tamamilə dəyişdirəcək. Kitabda təriqətin sadiq müridi olan Pensin yalançı və zalım olduğu xüsusilə vurğulanır.

Müəlliflər qeyd edirlər ki, Pens prezident olacağı təqdirdə ABŞ-ın din dövlətinə çevrilməsi prosesi başlayacaq: "Pens Tanrı tərəfindən vəzifələndirildiyini və ABŞ vətəndaşlarının onun düşüncəsi formasında formalaşdırılmasına inanır. Pens hər cümləsinin tanrının sözləri olmasına inanır. Pensə görə Trampın prezident olması "tanrının istəyidir" və onu Oval kabinetinə aparacaq "tanrının böyük planı"nın bir hissəsidir.

Xəbər lenti
0