Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Elektron ticarətdən istifadə edənlərin hesabına bonus yüklənsin - Təklif

© pixabay / FirmBeeElektron qurğular
Elektron qurğular - Sputnik Azərbaycan
Abunə olmaq
"Elektron ticarətin təşviq edilməsi üçün ofisi və ya satış məntəqəsi olmayan şəxslər üçün güzəştlər tətbiq edilə bilər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 avqust — Sputnik. "Elektron ticarətin inkişafı Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. Son dövrlər elektron ticarətin müqayisəli şəkildə inkişaf etməsinə baxmayaraq, bunun ümumi ticarətdə payının kifayət qədər az olduğunu müşahidə edirik. Söhbət, hətta birrəqəmli paydan gedir".

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycanda elektron ticarətin mövcud vəziyyəti və perspektivindən danışarkən deyib. Onun sözlərinə görə, nağdlaşdırma ilə bağlı limitlərin tətbiq edilməsinə baxmayaraq, elektron ticarətin dövriyyəsində geniş artımlar yoxdur.

"Elektron ticarətin təşviq edilməsinə ehtiyac var və bunun zəif inkişaf etməsinin bir səbəbi də budur. Vətəndaşlar həm də biznes elektron ticarətin aparılmasında maraqlı olmalıdır. Amma hələlik biz təşviq siyasətini müşahidə etmirik" — ekspert bildirib.

Bayramov təklif edib ki, elektron ticarətin təşviq edilməsi üçün ofisi və ya satış məntəqəsi olmayan şəxslər üçün güzəştlər tətbiq edilsin: "Söhbət əlavə dəyər vergisindən azad olmaqdan gedir. ABŞ-da belə bir təcrübə var. ABŞ-da elektron ticarət ilə məşğul olanlar satış vergisindən azaddırlar və ona görə də bu, elektron ticarətlə məşğul olmağa stimul yardır, təşviq edir. Bizdə də oxşar təcrübənin tətbiq edilməsi daha məqsədəuyğun olar. Çünki bu, nəticədə iş adamlarının elektron ticarətə marağının artmasına gətirib çıxara bilər".

Həmsöhbətimiz vətəndaşların elektron ödənişlərdən istifadəsini stimullaşdırmaq üçün Türkiyədə və digər ölkələrdə tətbiq edilən bonus sisteminin Azərbaycanda da tətbiqini təklif edir: "Bu zaman plastik kartlardan istifadə edərək ödəniş edən vətəndaşlarımız nəticə etibarı ilə bonus ala bilərlər".

"Məsələn, rüb ərzində 1000 manatlıq ödəniş edibsə, təklif edirik ki, onun 5 faizi bonus şəklində vətəndaşın hesabına, plastik kartına yüklənsin. Bunun üstünlüyü odur ki, vətəndaş artıq plastik kartla ödəniş etməkdə maraqlı olacaq. Digər tərəfdən, bu, imkan verəcək ki, plastik kartların ödəniş dövriyyəsini genişləndirmək mümkün olsun" — deyə V.Bayramov qeyd edib.

İqtisadçının fikrincə, dövlət də 5 faiz bonus ödəməsinə baxmayaraq, vergidən yayınmanın qarşısını ala bilir: "Söhbət 18 faizlik əlavə dəyər vergisindən gedir. Bu vergidən yayınmanın qarşısını almaq 5 faizlik bonus fonunda dövlət üçün daha cəlbedicidir. O baxımdan bonus sisteminin tətbiq edilməsi vətəndaşların plastik kartlardan istifadəyə marağının artmasına və bütövlükdə plastik kartlardan istifadə ənənəsinin formalaşmasına gətirib çıxaracaq".

"Elektron xidmətin inkişaf etməsi birbaşa dövlətin təşviqedici fəaliyyətlərindən asılıdır. Təəssüf ki, hələlik bunlar tətbiq olunmur. Azərbaycanda yaxın dövr üçün elektron ticarətin inkişafı prioritetdirsə, o zaman dövlət həmin sektoru təşviq etməlidir" — deyə o, əlavə edib.

İqtisadçı-ekspert Rəşad Həsənov isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, hələlik Azərbaycanda elektron ticarətin inkişafı üçün uyğun konyunktura yoxdur: "Məsələn, elektron ticarətin vergiyə cəlb edilməsi ilə bağlı qərarın qəbul edilməsi doğru deyildi. Çünki dünyada bu istiqamətdə təşviqedici mexanizmlərdən istifadə olunur və əksər ölkələrdə elektron ticarət vergiyə cəlb edilmir".

© Photo : SİA IAЭксперт-экономист Рашад Гасанов
Эксперт-экономист Рашад Гасанов - Sputnik Azərbaycan
Эксперт-экономист Рашад Гасанов

Elektron ticarətin istifadəçiləri məsələsinə gəlincə, ekspert bildirib ki, Azərbaycanda əhalinin əksəriyyəti bu imkanlardan istifadə etmək bacarıqlarına malik deyil: "Düzdür, bu, Azərbaycanda yeni təşəkkül tapan bir sistemdir. Amma buna baxmayaraq, insanlar daha çox nağd şəklində alış-verişə üstünlük verirlər".

"Hətta kredit kartlarının funksiyalarından belə, əksər hallarda məlumatsızdırlar, kredit kartları vasitəsilə onlayn qaydada necə alış-veriş edəcəklərini bilmirlər. Azərbaycanda istifadəçilərin 95 faizi kartı nağdlaşdırma məqsədilə istifadə edir" — deyə R.Həsənov vurğulayıb.

Ekspertin qənaətincə, onlayn qaydada alınan məhsulların keyfiyyəti məsələsi də problemlərdən biridir: "Bu, həm dünyada, həm də Azərbaycanda geniş müşahidə edilir. Dövlət bu məhsulların keyfiyyəti üzərində ciddi mexanizm formalaşdırmalıdır, nəinki əlavə gəlir mənbəyi yaradıb bu sektoru vergiyə cəlb etməli. Yəni dövlət burada maraqlı olmalıdır. Dünya dəyişir, elektronlaşır, rəqəmsal iqtisadiyyat bu gün dünyanın ən prioritet inkişaf istiqamətlərindən biridir".

Xəbər lenti
0