Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gəncədə baş verdiyi iddia olunan şok video-görüntü barədə rəsmi açıqlama verildi

© Sputnik / Murad OrujovЗдание Министерства Внутренних Дел Азербайджанской Республики
Здание Министерства Внутренних Дел Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
DİN: Hüquq-mühafizə orqanlarında beə bir hadisə qeydə alınmayıb

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 2 avqust — Sputnik. Gəncədə hicablı bir qadının marketdə üzərinə yanacaq tökülərək yandırıldığına dair video-görüntü yayılıb. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşılan video-görüntüdə bir nəfər özünü hadisənin şahidi kimi təqdim edir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin informasiya bölməsinin rəisi, polis polkovnik-leytenant İlham Babayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hüquq-mühafizə orqanlarında beə bir hadisə qeydə alınmayıb: "Sosial şəbəkələrdə Gəncədə qadının yandırılması ilə bağlı olan video-görüntülər saxtadır. Belə bir hadisə baş verməyib. Ola bilsin ki, səsi videonun üzərinə atıblar".

Hadisə ilə bağlı Sputnik Azərbaycan-ın bölgə müxbiri DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovla da əlaqə saxlayıb. E.Qasımov da hadisənin Gəncə ilə heç bir əlaqəsinin olmadığını, iddiaların tamamilə əsassız olduğunu bildirib.

DİN sözçüsü, həmçinin vurğulayıb ki, videonun ilk yayımlandığı internet ünvanı ilə əlaqələr yaratmaq istəsələr də, orada göstərilən ünvanların heç birindən cavab ala bilməyiblər.

Xəbər lenti
0