BAKI, 2 avqust — Sputnik. ABŞ-da 2016-cı ilə keçirilən prezident seçkilərinə Rusiyanın müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller ABŞ prezidenti Donald Trampı şəxsən sorğu-suala çəkmək istədiyini açıqlayıb.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, ABŞ liderinin vəkilləri daha əvvəl Trampın həmin suallara yazılı cavab verə biləcəyini elan etmişdi. Vəkillər, həmçinin istintaqın seçki dövrünü əhatə etməsini istəyir.
ABŞ-ı silkələyən hadisələr, Trampın ədliyyə naziri Jeff Sessionsdan Rusiya araşdırmasını bitirməsini istəyəndən bir neçə saat sonra baş verib.
Tramp "Twitter" mesajında Müllerin apardığı istintaqı hədəf alaraq "Ədliyyə nazirindən bu məkrli ifritə ovuna dərhal, ölkəmizi daha çox ləkələmədən son verməsi lazımdır"-deyib.
Donald Tramp ittiham olunan keçmiş kampaniya meneceri Pol Manafort ilə arasına da məsafə qoymağa çalışır. Tramp onun haqqında "mənim üçün çox qısa bir müddət işlədi"-deyib.
Daha öncə Rusiya ilə Tramp komandasının əlaqələrini etiraf edən Manafort bank dələduzluğu və vergi qaçaqmalçılığı ittihamlardan hakim qarşısına çıxarılıb.