Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Moskvada silahlı insident: azərbaycanlıları yaraladılar

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidАвтомобиль скорой медицинской помощи, фото из архива
Автомобиль скорой медицинской помощи, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Moskvada Qafqaz əsilli şəxslərin iştirakı ilə başlanan dava silahlı insidentə çevrilib

BAKI, 2 avqust — Sputnik. Moskvada Qafqaz əsilli şəxslərin iştirakı ilə başlanan dava silahlı insidentə çevrilib. İnsident zamanı azərbaycanlı gənclərə xəsarət yetirilib.

Paytaxtın şərqində restoranın işçiləri ilə ziyarətçiləri arasında baş verən davanın qarşısını almaq üçün polis xəbərdarlıq atəşi açmalı olub.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Moskvanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

İnsident avqustun 1-də gecə saatlarında İzmailov bulvarındakı "Vostoçnıy kvartal" (Şərq kvartalı) restoranında baş verib.

"Sözügedən ünvanda restoranın əməkdaşları ilə müştəriləri arasında münaqişə yaranıb. Gərginliyi azaltmaq və dava iştirakçılarını sakitləşdirmək üçün polis əməkdaşları tabel silahlarından havaya 3 dəfə atəş açıblar" — deyə mənbə bildirib. Sözügedən davada 10 nəfərin iştirak etdiyi qeyd olunub.

Dava nəticəsində Dağıstandan olan 35 yaşlı mühafizəçi, eləcə də Azərbaycandan olan 30 və 33 yaşlı iki nəfər yaralanıb. Onları yaralı halda xəstəxanaya çatdırıblar. Hadisə ilə bağlı cinayət işinin açılacağı gözlənilir.

Xəbər lenti
0