CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəzada öldüyü deyilən sənətkarla bağlı dəhşətli xəbər gəldi

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Bərdədə yol qəzasında öldüyü deyilən xanəndənin qətlə yetirildiyi məlum olub

BAKI, 1 avqust — Sputnik. Bərdə rayonunda yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadənin qətlə yetirildiyi məlum olub.

Bərdə Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, ona 14 bıçaq zərbəsi vurulub. 

Hazırda hadisənin törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Eyni zamanda "Mercedes" markalı avtomobilin sahibi olan digər xanəndə Novruz Hüseynov isə orada olmayıb və hazırda onun da axtarışları aparılır.

Faktla bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, hər iki şəxs 2015-ci ildə təşkil edilən "Televiziya Muğam Müsabiqəsi"nin iştirakçıları olublar.

Xatırladaq ki, bu gün xanəndənin Bərdənin Hacallı kəndində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirdiyi barədə məlumat yayılmışdı.

Xəbər lenti
0