Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gömrük Komitəsi "Sınıq Körpü” ilə bağlı məlumatlara aydınlıq gətirib

© Sputnik / Hikmet Orhun"Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsində vəziyyət
Sınıq Körpü sərhəd-buraxılış məntəqəsində vəziyyət - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Dövlət Gömrük Komitəsi "Sınıq Körpü” gömrük postunda sıxlıq yaranması barədə yayılan məlumatlara aydınlıq gətirib

BAKI, 1 avqust — Sputnik. Avqustun 1-də bir sıra kütləvi informasiya vasitələrində Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postunda sıxlıq yaranması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən bildirilib ki, avqustun 1-də “Sınıq Körpü” gömrük postunda sərnişinlərin və nəqliyyat vasitələrinin sıxlığı, ümumiyyətlə müşahidə olunmayıb və yayılan məlumatlar həqiqətə uyğun olmamaqla yanaşı, həm də qərəz xarakterlidir.

"Belə ki, Dövlət Gömrük Komitəsi adıçəkilən gömrük postundakı vəziyyətlə bağlı mütəmadi olaraq həm komitənin rəsmi internet səhifəsi, həm də müxtəlif media orqanları vasitəsilə məlumatlar yayır və kütləvi informasiya vasitələrinin bu istiqamətdəki sorğuları da operativ şəkildə cavablandırılır. Sözügedən məlumatı yayan media qurumlarından isə komitənin mətbuat xidmətinə hər hansı sorğu daxil olmayıb. Bu da məlumatın qərəzli şəkildə yayımlandığına dair əsaslı şübhələr yaradır.

Məlumata əlavə edilən fotolar gömrük-sərhəd keçid məntəqəsinin qarşısında çəkilib və həmin ərazi gömrük nəzarət zonasına aid deyil" — DGK-nın məlumatında deyilir.

Xəbər lenti
0