Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Qəbələ yenidən dünyanın diqqət mərkəzində

© Sputnik / Ilham AhmadovX Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi
X Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Qəbələdə X Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 1 avgust — Sputnik. Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə artıq 10-cu dəfədir keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən dünya musiqiçilərini bir araya gətirib. Sputnik Azərbaycan-ın bolgə muxbiri xəbər verir ki, iyulun 31-də Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və "Gilan Holdinq"in dəstəyi ilə keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə keçirilən mərasimdə ilk olaraq Fondun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub. Sonra Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov cixis edib.

Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli çıxışında builki festivalın, eyni zamanda, dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinin keçirildiyi bir dövrə təsadüf etdiyini bildirərək, bu yubileyin Azərbaycanın mədəni həyatında çox böyük hadisə olduğunu vurğulayıb. O, Qəbələ Beynəlxalq Musiqi Festivalına uğurlar arzulayıb.

Açılış mərasimindən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib. Açılış mərasimində mədəniyyət naziri Əbulfəz Qarayev, millət vəkili Elmira Axundova, Rusiyanin Azərbaycandakı səfiri Mixail Boçarnikov və başqaları iştirak ediblər.

Avqustun 8-dək davam edəcək festivalın builki proqramı əvvəlki illərdə olduğu kimi, yenə də çox zəngindir. Musiqi bayramına Rusiya, İsrail, ABŞ, İsveçrə, Avstriya, Kuba, Macarıstan, Türkiyə, İspaniya, İtaliya, Gürcüstan kimi ölkələrdən dünya şöhrətli dirijor, ifaçı və kollektivlər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri dəvət olunub.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала