CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərnişinləri həyəcanlandıran maşinistə töhmət verildi

© Sputnik / Murad OrujovBakı Metropoliteninin Nəriman Nərimanov stansiyası
Bakı Metropoliteninin Nəriman Nərimanov stansiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən gün səhər saat 08:29-da "İçərişəhər" stansiyası istiqamətində hərəkət edən qatar "28 May" stansiyasında hüdud xəttinə çatmadan dayanıb

BAKI, 1 avqust — Sputnik. "Metronun "28 May" stansiyasında qatarı hüdud xəttinə çatmadan sərnişinlərin minib-düşməsi üçün saxlayan maşinistə sonuncu xəbərdarlıqla töhmət verilib". Bunu "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Məmmədovun sözlərinə görə, maşinist öz səhvini etiraf edib:

"Özü də səmimi etiraf edib ki, ani diqqəti yayınıb. Bunun əsasında bütün təlimatçı-maşinistlərə bütün lokomotiv briqadaları ilə bu nümunə əsasında ciddi iş aparılması üçün ciddi tapşırıqlar verilib".

Qeyd edək ki, ötən gün səhər saat 08:29-da "İçərişəhər" stansiyası istiqamətində hərəkət edən qatar "28 May" stansiyasında hüdud xəttinə çatmadan dayanıb. Bu zaman sonuncu vaqon tunelin içində oluduğundan qoruyucu dəmirlər qapıların qarşısını kəsib və sərnişinlərin düşüb-minməsində çətinlik yaranıb.

Xəbər lenti
0