Köçəryanın tərəfdarları əks-hücuma keçir

© Photo : administration of Robert KocharyanРоберт Кочарян
Роберт Кочарян - Sputnik Azərbaycan
Abunə olmaq
Hələlik məhkəmə iclasının keçiriləcəyi tarix bəlli deyil

BAKI, 1 avgust — Sputnik. Ermənistanın sabiq prezidenti Robert Köçəryanın hüququnu müdafiə edən vəkillər onun həbsi barədə qərarla əlaqədar apelyasiya şikayəti verib. Bu barədə Sputnik Ermənistan-a Köçəryanın vəkili Aram Orbelyan bildirib.

Hələlik məhkəmə iclasının keçiriləcəyi tarix bəlli deyil. Çünki sənədlərin təsdiqi prosesi bir neçə gün davam edəcək.

Qeyd edək ki, iyulun 27-i Yerevan şəhər məhkəməsi sabiq prezident Robert Koçaryan barəsində iki ay müddətinə həbs qərarı çıxarıb.

Xatırladaq ki, Koçaryan 2008-ci il prezident seçkilərindən sonra İrəvanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılmasına əmr verməkdə ittiham olunub. 10 nəfərin ölümünə səbəb olan aksiyalarla əlaqədar ona qarşı bir qrup şəxslə əlbir olaraq konstitusiya quruluşunu devirmək barədə ittiham irəli sürülüb.

Xəbər lenti
0