CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gündən cərimə edilə bilərsiniz, əgər...

© Sputnik / Murad OrujovПересчитывание денег
Пересчитывание денег - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Avtomobillərini texniki baxışdan keçirməyən fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir

BAKI, 1 avqust — Sputnik. Texniki baxış müddəti bitmiş avtomobillər kamera vasitəsilə aşkar edilib və elektron şəkildə qərar veriləcək. Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov qeyd edib ki, iyulun 31-də 2013 və ondan əvvəlki illərin buraxılışı olan minik avtomobillərinin texniki baxışdan keçməsi müddəti bitib.

Əsədovun sözlərinə görə, hazırda diaqnostika mərkəzinin əməkdaşları istirahət etmədən çalışırlar: "Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika mərkəzində həddindən artıq aktivlik müşahidə olunur. Bu yaxşı əlamətdir ki, sürücülər texniki baxışdan keçməyə çalışır. Texniki baxışdan keçməyən sürücüləri də dəvət edirik ki, nə qədər ki, şərait yaradılıb, nəqliyyat vasitələrini diaqnostika mərkəzinə təqdim etsinlər.

Xatırladaq ki, avtomobillərini texniki baxışdan keçirməyən fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.

Xəbər lenti
0