Hansı marşrut avtobusunda gediş haqlarının nə qədər artırıldığı açıqlandı - SİYAHI

© Sputnik / Murad OrujovАвтобус, фото из архива
Автобус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sərnişinin bir istiqamət üzrə ödəyəcəyi gediş haqqı məbləği tarif cədvəlinin 3-cü hissəsinə uyğun olaraq müəyyən edilir

BAKI, 1 avqust — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) şəhərətrafı və qəsəbələrarası marşrutların yeni qiymətlərini açıqlayıb. BNA-nın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gündən etibarən gedişhaqları 30 qəpikdən başlayır.

133 nömrəli marşrut xətti ilə yeni və müasir avtobuslar sərnişinlərə xidmət edəcək - Sputnik Azərbaycan
TƏHLİL
Şirkətlər gediş haqlarının hələ də aşağı olduğunu düşünür, vətəndaşlar isə artacağını

Verilən məlumatda bildirilir ki, şəhərətrafı və qəsəbələrarası marşrutların başlanğıc və son dayanacaqları arasındakı məsafədən asılı olmayaraq sərnişinin bir istiqamət üzrə ödəyəcəyi gediş haqqı məbləği (gedəcəyi məsafədən asılı olaraq) tarif cədvəlinin 3-cü hissəsinə uyğun olaraq müəyyən edilir.

125 və 199 nömrəli şəhərətrafı marşrutların nağdısz ödəniş sistemi ilə fəaliyyət göstərməsi nəzərə alınaraq, gediş haqqı tarifi 0.35 manat səviyyəsində müəyyən edilib.

Eyni zamanda, "28 May" metrostansiyası — Hava Limanı istiqamətində fəaliyyət göstərən H1 nömrəli ekspress marşrutun tarifində dəyişiklik edilməyib. Həmin marşrut üzrə gediş haqqı tarifi 1.30 manat təşkil edir.

© Photo : CədvəlŞəhərətrafı və qəsəbələrarası marşrutların gediş haqqı məbləğləri
Şəhərətrafı və qəsəbələrarası marşrutların gediş haqqı məbləğləri - Sputnik Azərbaycan
Şəhərətrafı və qəsəbələrarası marşrutların gediş haqqı məbləğləri

Xəbər lenti
0