Nadir astronomik hadisə baş verir, diqqətlər səmaya

© Photo : NASAMars planeti
Mars planeti - Sputnik Azərbaycan
Abunə olmaq
Qırmızı planet səmada adi gözlə çox parlaq, ulduz ölçüsü 2.8 olan qırmızı ulduz kimi görünəcək

BAKI, 31 iyul — Sputnik. Dünyada nadir astronomik hadisə baş verir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Mars planeti maksimal dərəcədə Yerə yaxınlaşıb. Səma cisimlərini hazırda 57,5 milyon kilometr məsafə ayırır.

Вид на землю с борта МКС снятый космонавтом Роскосмоса Олегом Артемьевым - Sputnik Azərbaycan
Səmadan planetimizə təhlükə yaxınlaşır - 5 gün qaldı

Xatırladaq ki, planetlərin yaxınlaşması sonuncu dəfə 2003-cü ildə müşahidə edilmişdi. O vaxt Marsın işıqlılığı indiki kimi ən yüksək həddə idi.

Hazırda Günəş sisteminin 4-cü planeti göy üzündə ən parlaq ulduzdur. Mütəxəssislərin sözlərinə görə, növbəti belə prosesi iki ildən sonra müşahidə etmək mümkün olacaq.

Astronomların fikrincə, planetlərarası məsafə sentyabr ayından böyüməyə başlayacaq.

Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gün Marsı adi gözlə də müşahidə etmək mümkün olacaq: "Qırmızı planet səmada adi gözlə çox parlaq, ulduz ölçüsü 2.8 olan qırmızı ulduz kimi görünəcək".

Qeyd edək ki, hər qarşıdurmada Yerlə Mars arasında məsafə eyni olmur. Qarşıdurma qışda baş verirsə, planetlərarası məsafə 100 milyon kilometr, yayın sonlarında baş verərsə, 50-60 milyon kilometrədək qısalır.

"Marsın belə qarşıdurması orta hesabla 13-17 ildən bir baş verən hadisədir. Bu vəziyyətdə onun ulduz ölçüsü və bucaq diametri dəyişir. Sonuncu böyük qarşıdurma 2003-cü il avqustun 28-də baş verib. Bu zaman yaxınlaşma 55.8 milyon kilometrə çatıb" — deyə AMEA-dan bildirilib.

Qeyd olunub ki, Mars və Yerin növbəti yaxınlaşmasının 2035-ci il sentyabrın 16-na təsadüf etməsi gözlənilir: "Bu il isə həmin yaxınlaşma Ay tutulması ilə tam üst-üstə düşəcək və bir saat 44 dəqiqə davam edəcək".

Xəbər lenti
0