İctimai nəqliyyatda daha bir dəyişiklik edildi

© Photo : APABakıya gətirilən yeni elektrik qatarı
Bakıya gətirilən yeni elektrik qatarı - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı-Sumqayıt-Bakı elektrik qatarının hərəkət cədvəli dəyişdirilib

BAKI, 31 iyul — Sputnik. Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli müvəqqəti olaraq dəyişdirilir. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

O bildirib ki, dəmir yolunun Biləcəri-Xırdalan mənzilində aparılan əsaslı təmir işləri ilə əlaqədar olaraq, 02.08.2018-ci il tarixdən 07.08.2018-ci (daxil olmaqla) il tarixədək "Texniki fasilə" verilir. Bununla əlaqədar olaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli 02.08.2018-ci il tarixdən 07.08.2018-ci (daxil olmaqla) il tarixədək dəyişdirilir.

Qeyd: Hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6020 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq. Hər şənbə, bazar və bayram günləri 6011 nömrəli elektrik qatarı tək heyətlə hərəkət edəcək.

© Photo : ADYCədvəl
Cədvəl - Sputnik Azərbaycan
Cədvəl

Xəbər lenti
0