Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İctimai nəqliyyatda gediş haqlarının artırılmasına sərt reaksiya

Abunə olmaq
Tural Yusifov: "Əvvəl normal avtobus olmalıdır, sonra qiymətinə baxarıq"

BAKI, 31 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, dünən axşam Tarif Şurasının qərarı ilə avtobus və metroda gediş haqlarının qiyməti artırılıb. Belə ki, avqustun 1-dən etibarən metroda və şəhərdaxili sərnişin avtobuslarında gediş haqları 30 qəpik olacaq.

Автобусы в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda metro və marşrut avtobuslarında gediş haqqı artırıldı

Sputnik Azərbaycan xəbər verir ki, yol-nəqliyyat eksperti, "Avtostop" radio verlişinin aparıcısı Tural Yusifov sosial şəbəkədə qiymət artımına münasibət bildirib. O, qeyd edib ki, gediş haqlarının artırılması ictimai nəqliyyatda infrastrukturun yaxşılaşdırılmasından sonra baş verməliydi.

"Əvvəl normal avtobus olmalıdır, sonra qiymətinə baxarıq. Əvvəl normal xidmət olmalıdır, sonra onun da qiymətinə baxarıq. Millətin basabasla gedib 50% daha çox pul ödəməyi doğru deyil. Hansısa marşrut sahibinin kaprizinə görə insanların cibinə girmək olmaz" — Yusifov yazıb.

"Qarajı olmayan xətt sahibi hansı məntiqlə artım istəyir? Və bu artım nəyə lazım idi? Deyirlər, Qazaxıstdan ucuzdur. Qazaxıstanda bu cür idbar, səviyyəsiz, pinti, təhlükəli avtobus xətti yoxdur" — deyə o, əlavə edib.

Xəbər lenti
0