O, sahibi olduğu obyekti alternativ enerji mənbəyindən istifadə edərək işıqlandırır və elektrik enerjisinə olan tələbatını öz yaratdığı qurğu vasitəsilə ödəyir. Bunun üçün o, ərazinin təbii şəraitindən istifadə edərək axar su ilə xüsusi hazırladığı çarxı hərəkətə gətirir.
Çarx öz növbəsində kardan vasitəsilə birləşən reduktoru fırladır, reduktorsa dövrlər sayını artıraraq generatoru işə salır. Nəticədə sahibkar 2.7-3 kVt elektrik enerjisi əldə edir.