Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bərdədə məskunlaşmış məcburi köçkünün evini kim yandırmaq istəyir?

© Sputnik / Musa MuradliBərdədə yaşayış evini yandırmağa cəhd olub
Bərdədə yaşayış evini yandırmağa cəhd olub - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə məcburi köçkünlərin müvəqqəti inzibati yaşayış məntəqəsində baş verib

Musa Muradlı, Sputnik Azərbaycan 

BAKI, 31 iyul — Sputnik. Bərdədə dünən yaşayış evini yandırmağa cəhd olub. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə evi yanan Ağdərə rayon Başgüneypəyə kənd sakini məcburi köçkün Ramin İbrahimovun özü məlumat verib. Hadisə camaat arasında Bərdə şəhər SUM 32 kimi tanınan ünvanda, məcburi köçkünlərin müvəqqəti inzibati yaşayış məntəqəsində baş verib. Ramin İbrahimovun bildirdiyinə görə, iki mərtəbəli bina əvvəllər yataqxana kimi istifadə olunub. 

Söhbət zamanı məlum olub ki, birinci mərtəbədə Raminin ailəsi, ikinci mərtəbədə isə iki bacısı olmaqla binada  üç ailə məskunlaşıb. Yanğında Ramin İbrahimovla bərabər onun yeznəsi Rövşən Alıyevə də ziyan dəyib. Hamam və mətbəxi əhatə eləyən yanğın zamanı ailəyə 1000 manata qədər ziyan dəyib.

© Sputnik / Musa MuradliBərdədə yaşayış evini yandırmağa cəhd olub
Bərdədə yaşayış evini yandırmağa cəhd olub - Sputnik Azərbaycan
Bərdədə yaşayış evini yandırmağa cəhd olub

Onun bildirdiyinə görə, yaşadıqları evin yandırılmasına iki dəfə cəhd olub. Birinci dəfə dünən qonşular evdə yanğın baş verdiyini onlara bildiriblər. Ağcakənddə istirahətdən qayıdan ailə üzvləri yanğının qarşısını alıblar. Yenidən evdən ayrılan ev yiyəsinə ikinci dəfə səhər saat 9-da yanğın xəbəri verilib. Qonşuların fəal müdaxiləsindən sonra mətbəxdə baş verən yanğının başqa otaqlar keçməsinin qarşısı alınaraq söndürülüb.

Ramin İbrahimovun bildirdiyinə görə onlar evi tərk edən zaman sayğacdan elektrik verilişini dayandırıblar. Ona görə də elektrik xəttində qısaqapanma ehtimalı nəzərə alınmır. 

Ramin İbrahimov hadisənin qəsdən törədildiyini bildirib. Lakin şübhələndikləri şəxs yoxdur. Onların heç kimə pisliyinin keçmədiyini deyib. Səbəbi isə yanğını törədən şəxsin onların istirahətinə mane olmaq istəyi ilə izah edib.

Faktla bağlı Bərdə RPŞ-da araşdırma aparılır.

Xəbər lenti
0