Trampın səlahiyyətləri rəsmən əlindən alınır

© REUTERS / Kevin Lamarque/File PhotoDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentin səlahiyyətinin qanuni şəkildə qadağa edilməsini nəzərdən tutan qanun layihəsi Konqressə təqdim olunub

BAKI, 30 iyul — Sputnik. ABŞ prezidenti Donald Trampın ölkəni NATO üzvlüyündən çıxarmaq səlahiyyətinin qanuni şəkildə qadağa edilməsini nəzərdən tutan qanun layihəsi Konqressə təqdim olunub. Sputnik Türkiyə xəbər verir ki, qanun layihəsi demokrat Tim Kayne və Cek Rid, həmçinin demokrat Con Makkeyn və Kori Gardner tərəfindən hazırlanıb.

Yeni qanun layihəsinə əsasən, Senatın icazəsi olmadan ABŞ NATO-dan çıxa bilməyəcək və prezidentin bu barədə birtərəfli qərar vermək səlahiyyəti əlindən alınacaq. Makkeynin fikrincə, Tramp ABŞ-ın NATO-dakı müttəfiqləri ilə pis davranır və buna görə də Amerikanın Şimali Atlantika alyansına və müdafiə dəyərlərinə sadiqliyinə dair şübhələr yaranıb.

Qeyd edək ki, Tramp NATO-nun Brüssel sammitində alyansa üzv dövlətləri müdafiə xərclərini artırmayacaqları təqdirdə ölkəsini NATO-dan çıxacağı ilə hədələyib.

Xəbər lenti
0