Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şimal bölgəsində əhali gecəni küçələrdə keçirmək məcburiyyətində qalıb

© AP Photo / Ioanna SpanouMeşə yanğınları, arxiv şəkli
Meşə yanğınları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Şimal bölgəsində baş verən yanğın Siyəzənin Qalaaltı və Şabranın Çıraqqala kəndindən sonra Şabranın Dağbilici kəndinə keçib.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 30 iyul — Sputnik. Şimal bölgəsində baş verən yanğın Siyəzənin Qalaaltı və Şabranın Çıraqqala kəndindən sonra Şabranın Dağbilici kəndinə keçib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin sözlərinə görə, axşam saatlarında Dağbilicidə yanğın bütün kəndin ərazisini bürüyüb. 

Kənd sakini Aləmşan Nəcməddinovun sözlərinə görə, Abdulov Mehmana məxsus heyvan tövləsi yanıb kül olub.

"Axşam saatlarında yanğın qəfildən gücləndi. Əkin sahələri yandı. Örüşdə olan bir neçə baş mal-qaraya ziyan dəyib. Naxırçı heyvanları zorla kəndə çatdırıb. Evimizi zorla qoruya bildik. Fövqəladə Hallar Nazirliyinə zəng etdik, amma onlar Qalaaltını söndürdüklərinə görə kəndimizə gec gəlib çıxdılar".

Onu da qeyd edək ki, hazırda yanğın davam edir və kənd sakinləri evlərinə girməyə ehtiyat etdiklərindən gecəni küçələrdə keçirməyi nəzərdə tuturlar.

Xəbər lenti
0