Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Vaxtanq Kikabidze Tbilisidən sonra onun üçün əziz olan şəhəri açıqladı

© Sputnik / Murad OrujovВахтанг Кикабидзе на красной дорожке фестиваля “Жара-2018” в Баку
Вахтанг Кикабидзе на красной дорожке фестиваля “Жара-2018” в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Dünya şöhrətli artist: Azərbaycan mətbəxinin və muğamının vurğunuyam

BAKI, 30 iyul — Sputnik. Dünya şöhrətli gürcü müğənni, aktyor və rejissor Vaxtanq Kikabidze Azərbaycanı o qədər sevir ki, böyük məmnuniyyətlə burada qalıb yaşaya biləcəyini deyib.

Sputnik Azərbaycan-a müsahibəsində o bildirib ki, yenidən özünün sevimli Bakısına gəldiyi və "Jara" beynəlxalq musiqi festivalında iştirak etdiyi üçün şaddır.

"Mən həmişə demişəm və yenə deyirəm ki, böyük məmnuniyyətlə bu iki şəhərdə yaşayardım — Tbilisidə və Bakıda. Məhz bu şəhərlərdə özümü çox yaxşı, necə deyərlər öz boşqabımdakı kimi hiss edirəm. Bakıda mənim çoxlu dostlarım var. Mən hər dəfə bura gələndə onlarla görüşürəm. Hətta həvəsim olmayanda və özümü pis edəndə belə onlar məni oteldən çıxmağa məcbur edirlər." — deyə Kikabidze bildirib. 

Fransa polisi - Sputnik Azərbaycan
Avropada gürcü mafiyasına böyük zərbə

Müğənni qeyd edib ki, Azərbaycan mətbəxinin vurğunudur. Xüsusilə də düşbərəni çox sevir və onu yayda da yeməyə hazırdır. Kikabidze bununla yanaşı Azərbaycan milli musiqisini, muğamı da çox sevdiyini deyib.

Üşüncü "Jara-2018" festivalı 26-29 iyul tarixlərində Sea Breeze turizm kompleksində keçirilib.

"Jara" Beynəlxalq Festivalı 2016-cı ildən başlayaraq hər il Bakıda keçirilir. Layihənin təşkilatçıları məşhur müğənni və bəstəkar Emin Ağalarov (EMIN), RF-nın əməkdar artisti Qriqori Leps, "Russkoye radio"nun və "Qızıl qrammafon" mükafatının yaradıcısı Sergey Kojevnikovdur. Bu layihədə Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, Amerika və digər ölkələrin populyar estrada ulduzları iştirak edir.

Xəbər lenti
0