CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Güzəştli mənzillərlə bağlı yeni xəbər var

© Sputnik / Irade JELILYaxınlıqda yerləşən çoxmərtəbəli binalar
Yaxınlıqda yerləşən çoxmərtəbəli binalar - Sputnik Azərbaycan
Abunə olmaq
Yasamalda 2 minə yaxın sosial mənzilin satışı nəzərdə tutulub

BAKI, 30 iyul — Sputnik. "Yaxın zamanda sosial mənzillər yenidən satışa çıxarılacaq. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) məlumatına görə, "güzəştli mənzil" sisteminin təkmilləşdirilməsi üçün agentlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq ilə yanaşı "Ernst & Young" audit şirkətini cəlb edilərək, sisteminin Amerika Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutunun (AICPA) müəyyən etdiyi beynəlxalq standartlara əməl olunması üzrə yoxlamalar keçirib. Bu isə o deməkdir ki, yaxın zamanda artıq sosial mənzillərin yenidən satışını həyata keçirmək mümkündür".

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov öz "Facebook" səhifəsində yazıb. O, qeyd edib ki, mənzillərə müraciət mexanizmi və qiymətlər dəyişməyib. Belə ki, yenə də ilk seçim edənlər mənzilə sahib olacaq.

"Qiymətlərə gəldikdə isə, ƏDV daxil olmaqla 1 otaqlı mənzillərin qiyməti — 29925 manatdan, 2 otaqlı mənzillərin qiyməti – 47282 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 65626 manatdan başlayacaq. Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq" — V.Bayramov bildirib.

© KarikaturaGüzəştli mənzillər
Güzəştli mənzillər - Sputnik Azərbaycan
Güzəştli mənzillər

Mənzillərin sahələrinə gəldikdə isə, ekspertin sözlərinə görə, xarici perimetr üzrə 1 otaqlı mənzillər təxminən 40 kv. metr, 2 otaqlı mənzillər 70 kv metrədək, 3 otaqlı mənzillər isə 84 kv metrədək olacaq: "Orta hesabla bir kvadratmetr mənzilin qiyməti 748 manatdır. Mənzillər təmirlidir və mətbəx mebeli ilə təmin ediliblər. Mənzillər mərhələli şəkildə satışa çıxarılacaq".

İqtisadçı əlavə edib ki, bütövlükdə, Yasamalda 2 minə yaxın sosial mənzilin satışı nəzərdə tutulub.

Xəbər lenti
0