CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diqqət: İnanmayın, sizi aldadırlar...

CC0 / Riala / Bullying Девушка на рабочем месте закрывает лицо руками, фото из архива
Девушка на рабочем месте закрывает лицо руками, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mesajlarda alıcıların porno saytları ziyarət edən zaman komputer kamerası vasitəsilə çəkildiyi iddia edilib

BAKI, 30 iyul — Sputnik. Hollandiya və Avropanın bir çox ölkələrində oğrular sosial şəbəkə istifadəçilərinə "əllərində onların masturbasiya görüntüsü" olması ilə şantaj edərək pul almağa çalışır. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, son günlər çox sayda insan elektron poçt vasitəsilə ilə mesaj alaraq şantaj edilib.

Mesajlarda alıcıların porno saytları ziyarət edən zaman komputer kamerası vasitəsilə çəkildiyi iddia edilib.

Mesajlarda qeyd edilib ki, tələb edilən pul ödənilmədiyi təqdirdə mastubasiya edərkən qeydə alınmış görüntülər internet vasitəsilə yayılacaq. Dələduzlar tərəfindən göndərilən mesajlarda alıcıların daha əvvəl istifadə etdikləri şifrə yazılır və həqiqətən xüsusi məlumatların ələ keçirildiyi görüntüsü yaranır. Hollandiya polisi bununla bağlı sosial şəbəkədə xəbərdarlıq mesajı yayınlayıb.

Xəbər lenti
0