CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial müavinət alanların sayı bilindi

© Sputnik / Murad OrujovМинистерство труда и социальной защиты населения
Министерство труда и социальной защиты населения - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda sosial müavinət alanların sayı açıqlanıb

BAKI, 30 iyul — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2018-ci ilin iyulun 1-i tarixinə 409 284 nəfəri aylıq sosial müavinətlə təmin edir.

Bu barədə Sputnik Azərbaycan-a nazirlikdən məlumat verilib.

Onların sırasına əlilliyə, yaşa, ailə başçısını itirməyə görə aylıq sosial müavinət alanlar, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, müharibə veteranları, beşdən çox uşağı olan qadınlar, müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqları, ünvanlı dövlət sosial yardımı ilə təmin edilən aztəminatlı ailələrdəki bir yaşadək uşaqlar və qanunvericilikdə nəzərdə tutulan digər şəxslər daxildir.

Cari ilin 6 ayında nazirlik tərəfindən birdəfəlik müavinətlə təmin edilənlərin sayı isə 48 391 nəfər təşkil edib. Birdəfəlik müavinətlər uşağın doğulmasına görə ailələrə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə ödənilir. Dəfn xərci olaraq da birdəfəlik müavinət verilir. Eləcə də, radiasiya qəzasının nəticəsində zərər çəkərək əlil olmuş insanlara hər il birdəfəlik müavinət ödənilir.

Xəbər lenti
0