Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Zara Bakı sakinlərinin qonaqpərvərliyinə heyran olub

© Sputnik / Murad OrujovЗаслуженная артистка России Зара на международном музыкальном фестивале "Жара-2018". Баку, 29 июля 2018 года
Заслуженная артистка России Зара на международном музыкальном фестивале Жара-2018. Баку, 29 июля 2018 года - Sputnik Azərbaycan
Abunə olmaq
Zara etiraf edib ki, "Jara"nın tamaşaçıları qarşısında çıxış edəcəyinə görə çox həyəcanlıdır

BAKI, 29 iyul — Sputnik, Kəmalə Əliyeva. Rusiyanın əməkdar artisti Zara Bakıda olmaqdan və "Jara-2018" beynəlxalq musiqi festivalında iştirak etməkdən çox məmnundur.

Sputnik Azərbaycan-a müsahibəsində müğənni qeyd edib ki, Bakıya ilk dəfədir gəlir və şəhərin gözəlliyi, həmçinin sakinlərin qonaqpərvərliyi onu heyrətləndirib.

Zara mərhum prezident Heydər Əliyev və əfsanəvi ifaçı Müslüm Maqomayevin qəbirlərini ziyarət etdiyini bildirib. Onun sözlərinə görə, Maqomayev milyonlarla tamaşaçının ürəyinə yol tapmış şəxslərdəndir. 

© Sputnik / Murad OrujovRusiyanın əməkdar artisti Zara Bakıda
Rusiyanın əməkdar artisti Zara Bakıda - Sputnik Azərbaycan
Rusiyanın əməkdar artisti Zara Bakıda

"Yeni başlayan müğənni olarkən bir dəfə Müslüm Maqomayevin konsertində olduğumu heç vaxt unutmaram. Konsertdə o həyat yoldaşı Tamara Sinyavskaya ilə birlikdə çıxış edirdi. Siz zalda nələr baş verdiyini təsəvvür etmirsiniz. Heç bir müasir müğənnini belə bir uğur qazandığını görməmişəm", — deyə Zara bildirib.

O deyib ki, tamaşaçılar Maqomayevə yalvarıblar ki, səhnəni tərk etməyərək oxumağa davam etsin, ona görə də ifaçı üç mahnı əvəzinə solo konsert verib.

Zara etiraf edib ki, "Jara"nın tamaşaçıları qarşısında çıxış edəcəyinə görə çox həyəcanlıdır. 

© Sputnik / Murad OrujovZara mərhum prezident Heydər Əliyev və əfsanəvi ifaçı Müslüm Maqomayevin qəbirlərini ziyarət etdiyini bildirib
Zara mərhum prezident Heydər Əliyev və əfsanəvi ifaçı Müslüm Maqomayevin qəbirlərini ziyarət etdiyini bildirib - Sputnik Azərbaycan
Zara mərhum prezident Heydər Əliyev və əfsanəvi ifaçı Müslüm Maqomayevin qəbirlərini ziyarət etdiyini bildirib

"Hesab edirəm ki, bütün postsovet məkanının diqqəti hazırda Bakıdadır. Tamaşaçıların məni yaxşı qarşılayacağına çox ümid edirəm. Mən onlardan ötrü öz repertuarımdakı sevilən mahnıları ifa edəcəm" — Zara deyib.

Qeyd edək ki, "Jara-2018" festivalı iyulun 26-29-da Sea Breeze turist kompleksində keçirilir.

© Sputnik / Murad OrujovZara etiraf edib ki, "Jara"nın tamaşaçıları qarşısında çıxış edəcəyinə görə çox həyəcanlıdır
Zara etiraf edib ki, Jaranın tamaşaçıları qarşısında çıxış edəcəyinə görə çox həyəcanlıdır - Sputnik Azərbaycan
Zara etiraf edib ki, "Jara"nın tamaşaçıları qarşısında çıxış edəcəyinə görə çox həyəcanlıdır

Festivalın son günü Valeri Meladze və Lyubov Uspenskayanın yaradıcılıq gecələri olacaq. Onlarla bir yerdə səhnəyə Diana Arbenina, Qriqori Leps, Albina Canabayeva, EMİN, Danil Buranov, Loboda, Ani Lorak və digərləri çıxacaqlar.

"Jara" beynəlxalq festivalı Bakıda 2016-cı ildən etibarən hər il keçirilir. Layihənin təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, RF Əməkdar artisti Qriqori Leps, "Russkoye radio" və "Qızıl qramofon" mükafatının yaradıcısı Sergey Kojevnikovdur. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, ABŞ və digər ölkələrdən populyar estrada müğənniləri iştirak edirlər.

Xəbər lenti
0