CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölümə tərk edilmiş adam

© Sputnik / Ilham MustafayevQazax rayon sakini Tahir Rəhimov
Qazax rayon sakini Tahir Rəhimov - Sputnik Azərbaycan
Abunə olmaq
Əlillik dərəcəsi ala bilməyən ümidsiz adam yaşa görə pensiya üçün hələ bir neçə il yarımcan və imkansız vəziyyətdə yaşamalıdır

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 29 iyul — Sputnik. Qazax rayon sakini Tahir Rəhimov ölümə tərk edilmiş vəziyyətdədir. Dostlarının qoçaq, daim hərəkətli adam kimi dəyərləndirdiyi T.Rəhimov ard-arda 3 dəfə iflic olub. Kəllədaxili qansızma nəticəsində bir ildir hərəkət qabiliyyətini itirib. Yaşadığı durumdan cana doyan xəstə öləcəyi günü gözləyir.

Onu həyatda saxlamağa çalışan dostları T.Rəhimovun vəziyyəti və üzləşdiyi çətinliklərlə bağlı Sputnik Azərbaycan-a müraciət ediblər.

© Sputnik / Ilham MustafayevTahir Rəhimovun qəbul etdiyi dərmanlar
Tahir Rəhimovun qəbul etdiyi dərmanlar - Sputnik Azərbaycan
Tahir Rəhimovun qəbul etdiyi dərmanlar

Heç bir sosial müavinət almayan, əlillik üçün müraciəti rədd edilən Tahir kişi bölgə müxbirimizə 20 ildir tək yaşadığını deyib: "Bir il əvvəl 3 dəfə dalbadal insult keçirdim. Xəstəxanadan çıxandan pendir-çörək və su ilə dolanıram. Bir az sol əlim işləyir, çəliyə söykənib zorla dayanıram ayaq üstdə. Qazı yandırmağı, qazanı, çaydanı qaldırıb endirməyi bacarmıram ki, çay-xörək hazırlayım".

T.Rəhimov deyir ki, indi, ancaq dostlarının yanında olanda ölüm arzusunu unudur: "Bircə lampa yandırıram ki, kommunal xərc çox yığılmasın, gəlib işığımı kəsməsinlər. Sağ olsunlar dostlar, kömək edirlər, çörəyimi alıb gətirir, suyumu doldururlar. Maşına mindirib şəhərə çıxarırlar. Ən azından bir neçə saat onlarla birgə olanda ölməyi arzulamıram".

Ona yaşamağında ən çox kömək edən isə hər iki gözdən əlil dostu İlqar Əliyevdir. Xəstə dostunun yaşaya bilməsi üçün əlindən gələn köməkliyi göstərən İ.Əliyevin ən böyük istəyi dostunun əlillik dərəcəsini ala bilməkdir. Buna görə o, yerli xəstəxanalar tərəfindən əlilliyin müəyyən edilməsi üçün elektron müraciət göndərilməsinə nail olub. Lakin Tibbi Sosial Ekspertiza Komissiyası (TSEK) tərəfindən əlillik və sağlamlıq imkanlarının məhdudluğu təyin edilmədiyi cavabı gəlib.

© Sputnik / Ilham MustafayevTibbi Sosial Ekspertiza Komissiyasının cavabı
Tibbi Sosial Ekspertiza Komissiyasının cavabı - Sputnik Azərbaycan
Tibbi Sosial Ekspertiza Komissiyasının cavabı

İ.Əliyevin fikrincə, bu işlər belə görülməməlidir: "Əvvəllər yerli orqanlar vardı, xəstəyə baxırdı, qiymət verirdi. Ağır xəstə olanda gəlib evdə yoxlayırdılar. İndi bu işləri elektron qaydaya salıblar. Yəqin ki, bunun da üstünlükləri var, amma bu vəziyyətdə kağızda yazlan diaqnozlar xəstənin durumunu göz qabağına qoya bilmir. Adam hərəkət qabiliyyətini itirib, yazıb göndəriblər ki, ixtisaslaşmış tibb bərpa mərkəzində müalicə almalıdır".

"Bu adamın çörək almağa imkanı yoxdur, hansı pulla alsın tibbi müalicəni? Pensiyaya çıxmağa 4-5 ili var, o vaxta kimi nə ilə dolanmalıdır? Kağıza baxmaqla bu cür xəstəni rədd eləmək olmaz axı. Gündəlik içdiyi təzyiq dərmanı ayda 15 manat edir. Haradan almalıdır bunu? Gözlərim görmür, yoxsa qapı-qapı düşüb düzəldərdim, qoymazdım belə qalmağa" – deyə İlqar Əliyev əlavə edir.

© Sputnik / Ilham MustafayevGöndərilən elektron müraciət, diaqnoz
Göndərilən elektron müraciət, diaqnoz - Sputnik Azərbaycan
Göndərilən elektron müraciət, diaqnoz

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı ilə əlaqə saxladıq. Nazirliyin sözçüsü bildirib ki, əlilliyi müəyyən etmək üçün yerli tibb müəssisələrinin göndərdiyi elektron müraciətlər TSEK tərəfindən yoxlanılır. Əgər göndərilən rəylərdə yetərli əsas olarsa, əlillik dərəcəsi verilir.

Xəbər lenti
0