Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Hamilə qadınlara viaqra verdilər və...

CC0 / Ajale / tabsТаблетки
Таблетки - Sputnik Azərbaycan
Abunə olmaq
Amsterdam Universitetinin Tibb Mərkəzi tərəfindən aparılan araşdırma ölkə ərazisində 10 böyük xəstəxana ilə birlikdə keçirilir

BAKI, 29 iyul — Sputnik. Hollandiyada bir araşdırma zamanı körpələri qarnında kifayət qədər böyüməyən hamilə qadınlara cinsi istəyi artıran dərman verilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, araşdırmadan sonra 11 yeni doğulan körpə ölüb. Araşdırmada iştirak edən digər hamilə qadınların narahatlıqla dolu gözləntisi davam edir.

Amsterdam Universitetinin Tibb Mərkəzi tərəfindən aparılan araşdırma ölkə ərazisində 10 böyük xəstəxana ilə birlikdə keçirilir. Mərkəz araşdırmanın körpə ölümləri və eyni zamanda doğulan körpələrdə ağciyər problemləri müşahidə edilməsindən sonra dayandırıldığını bildirib.

Qeyd edək ki, cinsi istəyi artıran dərman ereksiya problemi yaşayan kişilər tərəfindən qəbul edilir. Ancaq həkimlər dərmanın tərkibində olan qan dövranını artıran maddələrin plasentaya qanın axışını yaxşılaşdıracağını və körpələrin yaxşı inkişaf edəcəyini düşünür.

Məlumata görə, 2015-ci ildən bu günə qədər 93 hamilə qadına cinsi istəyi artıran dərman verilib. Qadınların 19-nun körpəsi ölüb. Bu uşaqlardan 11-I ağciyəyərlərdə yüksək qan təzyiqi səbəbilə ölüb. Buna dərmanın səbəb olması düşünülür.

Xəbər lenti
0