Köçəryan təslim olmaq niyyətində deyil

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidВторой Президент Армении Роберт Кочарян
Второй Президент Армении Роберт Кочарян - Sputnik Azərbaycan
Abunə olmaq
Onun sözlərinə görə, bu heç bir hüquqi əsası olmayan şəxsi vendetta, şəxsi təqib və siyasi ittihamdır

BAKI, 28 iyul — Sputnik. Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həbsi qanunsuzdur. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu sabiq prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan bildirib.

"Robert Köçəryanın həbsi barədə qərardan şikayət veriləcək. Qərar qanunsuzdur və Konstitusiyanın normalarına uyğun deyil", — deyə Soqomononyan bildirib.

Onun sözlərinə görə, bu heç bir hüquqi əsası olmayan şəxsi vendetta, şəxsi təqib və siyasi ittihamdır.

Qeyd edək ki, ötən gün Yerevan şəhər məhkəməsi sabiq prezident Robert Koçaryan barəsində iki ay müddətinə həbs qərarı çıxarıb.

O, hüquqlarını müdafiə etdiyi keçmiş prezidentin həbsi barədə məhkəmənin qərarından şikayət veriləcəyini bildirib.

Qeyd edək ki, Koçaryan 2008-ci il prezident seçkilərindən sonra İrəvanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılmasına əmr verməkdə ittiham olunub. 10 nəfərin ölümünə səbəb olan aksiyalarla əlaqədar ona qarşı bir qrup şəxslə əlbir olaraq konstitusiya quruluşunu devirmək barədə ittiham irəli sürülüb.

Xəbər lenti
0