Ermənistan hüquq-mühafizə orqanları Köçəryana sürpriz edib

© AFP 2024 / KAREN MINASYANВторой Президент Армении Роберт Кочарян на выборах президента (19 февряля 2008). Еревaн
Второй Президент Армении Роберт Кочарян на выборах президента (19 февряля 2008). Еревaн - Sputnik Azərbaycan
Abunə olmaq
Yerevan şəhər məhkəməsi sabiq prezident Robert Köçəryan barəsində həbs qərarı çıxarıb

BAKI, 28 iyul — Sputnik. Ermənistan hüquq-mühafizə orqanları ölkənin ikinci prezidenti Robert Köçəryana "sürpiriz" edib. Bu barədə Sputnik Azərbaycan Ermənistan mətbuatına istinadən xəbər verir.

"Əvvəlcə Köçəryana dedilər ki, Xüsusi İstintaq Xidmətinə şahid kimi gəlməli və bir neçə suala cavab verməlidir. Sonra isə o buraxılmalıdır. Lakin o idarəyə gəldikdən sonra ona qarşı ittiham irəli sürdülər" — məlumatda deyilir. 

Роберт Кочарян - Sputnik Azərbaycan
ERP: Köçəryanın həbsi Qarabağ probleminin həllinə yeni yanaşma ilə bağlıdır

Qeyd edək ki, Yerevan şəhər məhkəməsi sabiq prezident Robert Köçəryan barəsində həbs qərarı çıxarıb. Bu barədə jurnalistlərə açıqlamasında Köçəryanın vəkili Aram Orbelyan məlumat verib.

O, hüquqlarını müdafiə etdiyi keçmiş prezidentin həbsi barədə məhkəmənin qərarından şikayət veriləcəyini bildirib.

Qeyd edək ki, Köçəryan 2008-ci il prezident seçkilərindən sonra Yerevanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılmasına əmr verməkdə ittiham olunub. 10 nəfərin ölümünə səbəb olan aksiyalarla əlaqədar ona qarşı bir qrup şəxslə əlbir olaraq konstitusiya quruluşunu devirmək barədə ittiham irəli sürülüb.

Xəbər lenti
0