BAKI, 28 iyul — Sputnik. Dövlət Təhülkəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstəsi Gəncə qarşıdurmalarda aktiv iştirak edən daha bir terrorçunu zərərsizləşdirib. Sputnik Azərbaycan-ın Trend-ə istinadən verdiyi məlumata görə, zərərsizləşdirilən şəxs dini radikal qruplaşmanın üzvü Fuad Tofiq oğlu Səmədovdur.
DTX-nın xüsusi əməliyyatı nəticəsində Samux şəhərində Fuad Səmədovun gizləndiyi yer müəyyənləşdirilib. Saxlanılma zamanı o silahlı müqavimət göstərib və zərərsizləşdirib.
Məlumatda bildirilir ki, Fuad Səmədov "Makarov" markalı tapança ilə silahlı olub.