Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Diaspor rəhbəri mühüm mətləblərə aydınlıq gətirdi

© Sputnik / Irade JELILRusiyada Siverlovski vilayətinin Serov şəhərində Azərbaycan cəmiyyətinin sədri Mirhəbib Mirəzizoğlu Ağalarov
Rusiyada Siverlovski vilayətinin Serov şəhərində Azərbaycan cəmiyyətinin sədri Mirhəbib Mirəzizoğlu Ağalarov - Sputnik Azərbaycan
Abunə olmaq
"Heç olmasa, tədbirlərimizdə Azərbaycandan mədəniyyət xadimlərinin gəlib iştirak etməsini istərdik"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 28 iyul — Sputnik. Rusiyada Sverdlovsk vilayətinin Serov şəhərində Azərbaycan cəmiyyətinin sədri Mirhəbib Mirəziz oğlu Ağalarov Azərbaycana səfər çərçivəsində Sputnik Azərbaycan-ın qonağı olub. Rusiyada yaşayan azərbaycanlı diaspor nümayəndəsi əməkdaşımızın suallarını cavablandırıb.

— Serov şəhərində nə qədər azərbaycanlı yaşayır və onlar, əsasən, hansı işlərlə məşğul olurlar?

— Serov Avropa ilə Asiyanın kəsişdiyi ərazidə yerləşir. Orada azərbaycanlı Rusiya vətəndaşları minə yaxındır. Eyni zamanda müvəqqəti iş üçün gəlib işləyən azərbaycanlılar da var ki, onların da sayı bundan az deyil. Yüz min əhalisi olan şəhərin 2000-ini azərbaycanlıların təşkil etməsi böyük göstəricidir. O şəhərdə ruslardan, tatarlardan sonra sayına görə ən çox yaşayan üçüncü millət azərbaycanlılardır. Burada, əsasən, Gürcüstandan gəlmiş, həmçinin Cəlilabad və Masallı rayonlarından olan soydaşlarımız üstünlük təşkil edir. İş sahəsinə gəldikdə isə əsasən, meşə təssərrüfatı üzrə işləyirik. Eyni zamanda burada tibb sahəsində işləyən savadlı həmvətənlərimiz də var. 

“Keçmişin təcrübəsi və müasir düşüncə — Azərbaycan diaspor hərəkatında gənclər: yeni baxış və yeni strategiya” adlı panel iclası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Diaspora Komitəsi: Almaniya parlamentinin qərarı qərəzlidir

— İdman və mədəniyyət sahələrində uğur qazanmış soydaşlarımız var?

— Mənim oğlum karate idman növü üzrə 22 dəfə fəxri kürsüyə qalxıb. Ülvi Məmmədov adlı gəncimizin də basketbol idman növündə uğurlu nəticələri olub. Hazırda onun sənəd işləri ilə məşğulam, sənədlərini düzəldirik ki, daha yaxşı klubda oynasın. Mədəniyyət sahəsində isə peşəkarlarımız təəssüf ki, istənilən səviyyədə deyil. Bununla belə Serovun ictimai həyatında soydaşlarımız fəal iştirak edirlər və bu, şəhər rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir.

— Necə oldu ki, diaspor nümayəndəsi oldunuz? Axı çox insan bu sahədə olmağa can atır…

— Mən 2008-ci ildən Serovda yaşayıram. Orada meşə təsərrufatı, taxta istehsalı və ekspertizası üzrə işləyirəm. 2012-ci ildə şəhərin rəhbərliyi bizim konsulluq qarşısında məsələ qaldırıb, mənim diaspor sədri olmağımı istəyirdilər. O vaxta kimi uğurlu işlərimə şahid olduqları üçün bu postda məni görmək istəyirdilər. Mən də azərbaycanlıların uğur qazanması, daha yaxşı tanınması üçün razılıq verdim.

— Bu müddət ərzində Azərbaycan həqiqətlərini orada göstərə bilmisiniz? 

Мужчина в наручниках, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Terrorçuluğa çağırış etmiş şəxslərin həbsinə başlandı, xaricdə yaşayanlar axtarışa verildi

— İlk əvvəllər çətin idi. Çünki ideyalarımızı keçirdiyimiz tədbirlər vasitəsi ilə verə bilmirdik. Daha sonra şəhərin meri, iki millət vəkili və şəhər dumasının sədrini Bakıya qonaq etdik. Burada Diaspor komitəsində bir neçə rəsmi görüş keçirildi, eyni zamanda onlara Qubadakı kütləvi məzarlığı göstərdim. Bundan sonra onlar bizə Xocalı soyqırımının anım gününü orada keçirməyə razılıq verdilər. Artıq iki ildir ki, Xocalı soyqırımının ildönümünü qeyd edirik. Artıq Azərbaycana münasibət müsbət mənada dəyişilib. Ölkəmizin bütün post-sovet məkana nümunə olan inkişafı kənardan daha aydın görünür və bizi sevindirir.

— Diaspor Komitəsinin yeni sədri Fuad Muradov vəzifəyə gələndən sonra nə kimi yeniliklər olub?

— Doğrusu, qısa zamandır ki, Fuad Muradov vəzifəyə gəlib. Amma işə dinamik münasibəti artıq hiss etmək mümkündür. İlk dəfədir mənə zəng edərək avtobioqrafiyamı istədilər. Bildiyimə görə, yaxın günlərdə bütün diaspora sədrləri ilə görüş də planlanır. Onu qeyd edim ki, görüş olarsa, mütləq şəkildə bir neçə təklifim olacaq. Heç olmasa, tədbirlərimizdə Azərbaycandan mədəniyyət xadimlərinin gəlib iştirak etməsini istərdik. Bu, həm orada yaşayan azərbaycanlılar üçün maraqlı olar, həm də digər millətlərin nümayəndələri bizim mədəniyyətimizi görüb öyrənər.

Xəbər lenti
0