CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diaspora Komitəsi: Almaniya parlamentinin qərarı qərəzlidir

© Sputnik / Murad Orujov“Keçmişin təcrübəsi və müasir düşüncə — Azərbaycan diaspor hərəkatında gənclər: yeni baxış və yeni strategiya” adlı panel iclası
“Keçmişin təcrübəsi və müasir düşüncə — Azərbaycan diaspor hərəkatında gənclər: yeni baxış və yeni strategiya” adlı panel iclası - Sputnik Azərbaycan
Abunə olmaq
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Ramin Məmmədov: gənclər lobbiçilik fəaliyyətində fəal rol oynama başlayıb. Ölkəmizin tanınmasında gənclərin üzərinə mühüm işlər düşür.

BAKI, 3 iyun — Sputnik. Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində “Keçmişin təcrübəsi və müasir düşüncə — Azərbaycan diaspor hərəkatında gənclər: yeni baxış və yeni strategiya” adlı panel iclası keçirilib.

© Sputnik / Murad OrujovRamin Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini
Ramin Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini  - Sputnik Azərbaycan
Ramin Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini

Sputnik xəbər verir ki, moderator Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Ramin Məmmədov çıxış edərək qurultay nümayəndələri arasında gənclərin getdikcə artdığını deyib. O, bildirib ki, gənclər lobbiçilik fəaliyyətində fəal rol oynama başlayıb. Ölkəmizin tanınmasında gənclərin üzərinə mühüm işlər düşür. Ramin Məmmədov deyib ki, Prezident İlham Əliyev də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolunu vurğulayıb və informasiya üstünlüyünün vacibliyini qeyd edib. R. Məmmədov Almaniya parlamentinin qəbul etdiyi qərarı qərəzli hesab edərək deyib ki, Azərbaycan Türkiyənin yanındadır. 

© Sputnik / Murad OrujovNatiq Əliyev, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun məsləhətçisi
Natiq Əliyev, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun məsləhətçisi - Sputnik Azərbaycan
Natiq Əliyev, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun məsləhətçisi

Prezident Administrasiyasının ictimai — siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun məsləhətçisi Natiq Əliyev deyib ki, İKT-nin tərəqqi etdiyi bir vaxtda kommunikasiyada məkan və zaman baryerləri aradan götürülüb. Dünyada insanların böyük əksəriyyəti internetdən istifadə edir və bundan istifadə etmək lazımdır. İnternetin, sosial medianın köməyi ilə Azərbaycanı dünyada daha çox tanıtmaq mümkündür. Vurğulanıb ki, gənclər diaspor olaraq internetin yaratdığı sosial və texniki imkanlardan yararlanaraq internet məkanında fəaliyyətə fəal, planlı şəkildə yanaşaraq  qarşıya qoyulan məqsədlərə çatmaq mümkündür. 

© Sputnik / Murad Orujovİlham Axundov, “Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası”nın sədri, Vaterloo Universitetinin (ABŞ) professoru
İlham Axundov, “Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası”nın sədri, Vaterloo Universitetinin (ABŞ) professoru  - Sputnik Azərbaycan
İlham Axundov, “Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası”nın sədri, Vaterloo Universitetinin (ABŞ) professoru

“Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası”nın sədri, Vaterloo Universitetinin (ABŞ) professoru İlham Axundov Azərbaycanın diaspor fəaliyyətinə göstərdiyi qayğıdan, gənclərin lobbiçilik fəaliyyətindəki rolundan, əhəmiyyətindən danışıb.

© Sputnik / Murad OrujovEmin Hacıyev, Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının (AMOR) icraçı direktoru
Emin Hacıyev, Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının (AMOR) icraçı direktoru  - Sputnik Azərbaycan
Emin Hacıyev, Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının (AMOR) icraçı direktoru

Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının (AMOR) icraçı direktoru Emin Hacıyev qurumun fəaliyyətindən, KİV-lərin diaspor hərəkatında rolundan, təşkilatın Xocalı faciəsi ilə bağlı apardığı kampaniyadan danışıb. O, bildirib ki, təşkilatın əsas məqsədi Rusiyada yaşayan Azərbaycan gənclərini birləşdirmək, birgə layihələr həyata keçirməkdir: “AMOR hər il Xocalı faciəsi ilə bağlı kampaniya reallaşdırır. Bu kampaniya artıq öz töhfələrini verib. Aprel ayında düşmənlə təmas xəttində baş verən hadisələrin, erməni separatçıların törətdiyi təxribatların şahidi olduq. Azərbaycan ordusuna dəstək məqsədilə gənclərin fiziki hazırlığını yoxlamaq üçün AMOR bir həftə öncə Moskvada Rusiyanın Patriot Mərkəzi ilə birgə hərbi idman oyunları keçirib. Amma dövlətimizin məqsədi odur ki, torpaqlarımızı sülh yolu ilə azad etsin və inanırıq ki, bu belə də olacaq.

Emin Hacıyev qeyd edib ki, AMOR-un jurnalı var və artıq 14-cü nömrəsi işıq üzü görüb. Jurnalda Rusiyada fərqlənən azərbaycanlı gənclər haqqında məlumatları oxumaq mümkündür. Həmçinin, jurnalda dünyada baş verən qlobal proseslər, eyni zamanda, texnologiyaların inkişafı və s. haqqında məlumatlar var. Bu jurnal Moskvanın 35 ali təhsil müəssisələrində tələbələr arasında paylanılır. 

© Sputnik / Murad Orujovİqbal Hacıyev, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri
İqbal Hacıyev, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri  - Sputnik Azərbaycan
İqbal Hacıyev, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri

Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev müasir dövrdə mediada innovativ texnologiyalardan istifadənin önəmindən danışıb. O, sosial şəbəkələrdə gənclərin fəal olmasının vacibliyini qeyd edib. Bildirib ki, dünyada sosial şəbəkələr bir təbliğat vasitəsinə çevrilib. Azərbaycanlı gənclər də bu vasitələrdən istifadə etməklə ölkəmiz haqqında həqiqətləri dünyaya çatdırılmasında önəmli rol oynamalıdırlar.

Xəbər lenti
0