Goodbye ərəb — welcome ərəb: Bakıda BƏƏ-liləri səudiyyəli və küveytlilər əvəz edir

© Sputnik / Murad OrujovАрабские туристы в Баку
Арабские туристы в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyir ki, Birləşmiş Ərəb Əmirliklərindən olan turistlərin sayında azalma var

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 28 iyul — Sputnik. Azərbaycanda Birləşmiş Ərəb Əmirliklərindən olan turistlərin sayında azalma müşahidə edilir.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov məlumat verib.

Onun sözlərinə görə, bunun səbəbi Azərbaycanla Gürcüstan, Türkiyə, Tailand, Malayziya, Sinqapur, Qazaxıstan, eləcə də Avropa ölkələri arasında turistlər uğrunda gedən rəqabətdir.

Bağırovun deyib ki, BƏƏ-dən olan turistlər ən yaxşı turistlər hesab olunur. Onlar zəngin və yaxşı pul xərcləyəndirlər. Lakin söz zamanlar onlar daha çox Balkan ölkələrinə meyl göstərməyə başlayıblar.

Lakin bu, ümumilikdə Azərbaycanın turizm bazarındakı vəziyyətə o qədər də təsir etməyib. Çünki bu boşluğu digər ölkələrdən gələn əcnəbilər doldurur. 

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov - Sputnik Azərbaycan
Ekspert: “Azərbaycana gələn ərəb turistlərin sayında hər il artım olur”

Misal üçün ölkəmizə Səudiyyə Ərəbistanı və Küveytdən istirahətə gələn turistlərin sayı artıb. Bunun nəticəsində Bakıdakı, eləcə də regionlardakı otellərdə yer çatışmazlığı müşahidə edilir. Son günlərdə ölkəmizdə bu mənzərə xüsusilə qabarıq hiss olunur.

Bununla yanaşı, AR Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvarından iyun ayına qədər Azərbaycan otellərində gecələyənlərin sayı 1,289 milyon nəfər olub. 2017-ci ilin analoji dövrü ilə müqayisədə bu rəqəm 19,3% yüksəlib.

Qonaqların 62%-i Bakıda, 9,7%-i Qəbələ rayonunda, 5,1%-i Qusarda, 4,5%-i Naftalanda, 3,6%-i Qubada, 3,4%-i Naxçıvanda, 1,5%-i Xaçmazda, 1,1%-i Ağstafada, 9,1%-i isə digər rayon və şəhərlərdəki otellərdə qalıblar.

© KarikaturaPullu ərəb
Pullu ərəb - Sputnik Azərbaycan
Pullu ərəb

Nəticədə, 2018-ci ilin birinci yarısında otellərə turizmdən gələn gəlir 167 milyon manat olub. Onlardan 66,3%-i yalnız istifadəyə verilmiş otel nömrələri üçün odənilən vəsaitdir.

Yeri gəlmişkən, respublikamızda iyul ayına qədər otel otaqlarının dolma faizi orta hesabla 20,8% təşkil edib.

Xəbər lenti
0