"Fəlakət üstünə fəlakət" buna deyirlər

© REUTERS / Costas BaltasПроливные дожди в Афинах
Проливные дожди в Афинах - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxtın şimalına gedən avtomobil yolu bağlanıb

BAKI, 27 iyul — Sputnik. Yunanıstanda fəlakət üstünə fəlakət baş verir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Afinanın şimali-şərqində meydana gələn 82 nəfərin ölümünə və 180 nəfərin yaralanmasına səbəb olan yanğın fəlakətindən sonra bölgə bu dəfə sel təhlükəsi ilə qarşı-qarşıyadır.

Hazırda müvafiq qurumlar bölgədə su altında qalmış ev və iş yerlərinə kömək göndərməklə yanaşı, sürücülərin bölgədən uzaq durmasını məsləhət görüb. Afinanın şimalına gedən avtomobil yolu bağlanıb.

Yunanıstanda Kineta, Mati və Rafinada yanğınlar davam etdiyi zamanda Maruusidə sel fəlakəti yaşanır.

Xəbər lenti
0