Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: "Türkiyə bilir ki, ABŞ-ın İrana qarşı qeyri-obyektiv yanaşması var"

© Sputnik / Murad OrujovFikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru
Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Fikrət Sadıxov deyir ki, rəsmi Ankara Qərb tərəfindən Rusiyaya qarşı tətbiq olunan sanksiyalara da qoşulmamışdı

Fikrət Sadıxov: "Ankara ilk növbədə öz maraqlarını müdafiə edir"
"Türkiyə heç bir dövlətə qarşı sanksiyalara qoşulmaq fikrində deyil, və onların belə bir planları yoxdur". Bunu Sputnik Azərbaycan-a Türkiyə prezidentinin bəyanatını şərh edərkən politoloq Fikrət Sadıxov deyib.

"Türkiyə ABŞ-a görə İranla münasibətləri pozmaq və antiiran sanksiyalarına qoşulmaq niyyətində deyil". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Onun sözlərinə görə, İran Türkiyə üçün mühüm strateji tərəfdaşlardan biridir və Türkiyə İrana qarşı sanksiyaların yolverilməz olduğunu hesab edir.

"Ankara ilk növbədə öz maraqları çərçivəsində çıxış edir və öz maraqlarını müdafiə edir. Onların indiki strateji məqsədləri isə İrana qarşı hansısa sanksiyalara qoşulmağa heç bir şərait yaratmır", — deyə Fikrət Sadıxov bildirib.

Politoloqun geniş şərhini audiofaylda dinləyə bilərsiniz

Xəbər lenti
0