Gömrükçülər külli miqdarda qaçaqmal siqaret müsadirə ediblər

© Photo : DGK Mətbuat Xidməti"Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilində 2000 ədəd "Marlboro" markalı siqaret aşkar olunub
Sınıq Körpü gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilində 2000 ədəd Marlboro markalı siqaret aşkar olunub - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobilin alt hissəsində ölkəyə siqaret gətirmək istəyən şəxs gömrük əməkdaşları tərəfindən saxlanılıb

BAKI, 27 iyul — Sputnik. Avtomobilin alt hissəsində ölkəyə siqaret gətirmək istəyən şəxs gömrük əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "OKA" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı xidməti itin reaksiyasına əsasən, avtomobilin alt hissəsində, xüsusi hazırlanmış gizli saxlanc yerində 3600 ədəd "Marlboro" markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0