CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gecə “Qanlı Ay” görünəcək

© AFP 2024 / LUIS ROBAYOПолнолуние. Архивное фото
Полнолуние. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Təbiət hadisəsi Bakı vaxtı ilə saat 22:24:27-də başlayacaq

BAKI, 27 iyul — Sputnik. Bu gecə XXI əsrin ən uzun “Qanlı Ay” tutulması hadisəsi baş verəcək.

Sputnik Azərbaycan xəbər verir ki, iyulun 27-dən 28-ə keçən gecə baş verəcək təbiət hadisəsi Bakı vaxtı ilə saat 22:24:27-də başlayacaq.

Tam tutulmanın başlanması isə saat 23:30:15-ə təsadüf edəcək. Tam tutulma 01:13:11-də sona çatacaq. Bu zaman Ayın səthi qızılı rəngə bürünəcək. Ona görə də bəzən buna “Qanlı Ay” deyirlər.

1 saat 43 saniyəlik tutulma hadisəsinin bütövlükdə sona çatması saat 02:19-də qeydə alınacaq və həmin vaxt Ayın səthi tam açılacaq.

İkinci tutulma gecə saatlarında olduğu üçün prosesi Azərbaycanda da tamamilə müşahidə etmək mümkün olacaq. Qeyd edilən tarixdə, həmçinin Mars —Yer qarşıdurması hadisəsi baş verəcək.

Xatırladaq ki, bu ilin ilk Ay tutulması hadisəsi yanvarın 31-də qeydə alınıb. Bu dəfəki ay tutulması hadisəsi birinci tutulmadan 27 dəqiqə uzun çəkəcək.

Xəbər lenti
0