CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Azərbaycan” İES-də baş vermiş qəza ilə bağlı xarici ekspert qrupunun ilkin rəyi açıqlanıb

© Sputnik / Ilham MustafayevMingəçevir SES baş vermiş qəzadan sonra
Mingəçevir SES baş vermiş qəzadan sonra - Sputnik Azərbaycan
Abunə olmaq
Energetika Nazirliyi ölkənin elektroenergetika sisteminin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirir

BAKI, 27 iyul — Sputnik. "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasına verilmiş tapşırıqlara uyğun olaraq Energetika Nazirliyi elektroenergetika sisteminin dayanıqlığının təmin edilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirir.

“Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin cərəyan transformatorunda baş vermiş qəza - Sputnik Azərbaycan
TƏHLİL
Azərbaycanı qaranlığa qərq edən Mingəçevir qəzasının qaranlıq tərəfləri aydınlaşdı

Sputnik Azərbaycan Energetika Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, qəzanın səbəblərinin müəyyən edilməsi və fəsadlarının aradan qaldırılması məqsədilə Almaniya və Rusiyanın ixtisaslaşmış şirkətlərindən dəvət olunmuş ekspert qrupu ilə birgə araşdırmalar aparılıb.

Araşdırmaların ilkin nəticələri və "Azərbaycan" İES-in 330 kV-luq yarımstansiyasında aparılan təhlillər Nazirlikdə müzakirə edilib. "Azərbaycan" İES və Mingəçevir — Abşeron xəttində qəza halları zamanı sistemin etibarlılığı və dayanıqlığının təmin edilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər müəyyənləşdirilib. Həmin tədbirlərin həyata keçirilməsi ilə bağlı "Azərenerji" ASC-yə tapşırıqlar verilib. Eyni zamanda xarici ekspert qrupunun ilkin rəyi və həyata keçiriləcək tədbirlər barədə məlumatlar Dövlət Komissiyasına təqdim olunub.

Bundan başqa, Dövlət Komissiyasına verilmiş digər tapşırığa əsasən strateji və dövlət əhəmiyyətli obyektlərin generatorlarla təminatı ilə bağlı araşdırmalar aparılır və müvafiq təkliflər hazırlanır.

Xəbər lenti
0